olkepress.com
olkepress.com

Paşinyan növbəti dəfə Putini əsəbiləşdirdi – VİDEO

20-12-2019, 22:42

Paşinyan növbəti dəfə Putini əsəbiləşdirdi – VİDEOBu gün Rusiyanın Sankt-Peterburq şəhərində Avrasiya İqtisadi Birliyinin (AİB) növbəti iclası keçirilib.

Ölkəpress.com xəbər verir ki, iclas zamanı Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın prezidenti Vladimir Putin arasında ixtilaf yaşanıb. Belə ki, AİB-ə üzv dövlətlərin rəhbərlərini, həmçinin xüsusi qonaq qismində iştirak edən Moldova prezidenti İqor Dodonu və təşkilatın fəxri sədri Nursultan Nazarbayevi salamlayan N.Paşinyan protokolu pozaraq, tədbirə ev sahibliyi edən Rusiyanın prezidentinə söz verməyi unudub.
Belarus prezidenti Aleksandr Lukaşenko araya girərək, protokol üzrə V.Putinə söz verilməli olduğunu xatırladıb. Lakin protokolun bu cür kobud pozulması fonunda V.Putin Nikol Paşinyanın xahişini yerə salaraq çıxışdan imtina edib.
“Xeyr, çox sağ olun. Tamam, imzalamaya keçək”, - deyə Rusiya prezidenti qısa kəsib.





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi