olkepress.com
olkepress.com

Uduzulmuş mərc: rusiyalı “Gelandwagen”ini helikopterdən aşağı buraxdı – VİDEO

20-12-2019, 11:15

Uduzulmuş mərc: rusiyalı “Gelandwagen”ini helikopterdən aşağı buraxdı – VİDEOKareliyada iki rusiyalı “Mercedes Gelandwagen” avtomobilini helikopterdən yerə tullayıb.

Yerli KİV-lərin yaydığı məlumata görə, hadisə uduzulmuş mərcin nəticəsi olaraq baş verib. İki Moskva sakini mərc ediblər, şərtlərinə əsasən isə uduzan maşınını helikopterdən tullamalı idi. Moskva ərazisində buna imkan olmadığından yoldaşlar Kareliyaya üz tutublar.
Peski aeroportunda onlar 20 dəqiqəlik uçuş üçün 250 min rubl ödəyiblər. “Gelandwagen” trosla helikopterə bağlanaraq göyə qaldırılıb, təxminən 300 metr hündürlükdən yerə buraxılıb. Aeroport işçiləri maşının qalıqlarını metal qəbulu məntəqəsinə təhvil veriblər. Onlar baş verəni “presedentsiz hadisə” adlandırıblar.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi