olkepress.com
olkepress.com

Ərdoğan: “İsrail Prezidenti Türkiyəyə səfər edə bilər”

19-01-2022, 17:27

Ərdoğan: “İsrail Prezidenti Türkiyəyə səfər edə bilər”

İsrail prezidenti İshaq Hersoq Türkiyəyə səfər edə bilər.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiçlə birgə mətbuat konfransı zamanı bəyan edib.

O, bildirib ki, hazırda İsrail dövlət başçısı ilə danışıqlar gedir.

“Prezident Hersoqla danışıqlar aparırıq. Türkiyəyə səfər edə bilər. Baş nazir cənab Benetin bu məsələlərə müsbət yanaşmaları var. Məqsəd müsbət yanaşmalarla bir yerə çatmaqdır. Bu müsbət yanaşmalar ikitərəfli faydalılıq prinsipinə əsaslanandan sonra biz Türkiyə olaraq əlimizdən gələni edərik. Siyasətçilər olaraq biz döyüşmək üçün yox, sülh üçün varıq. Neft sülh aləti olacaqsa, biz ondan istifadə edəcəyik. Amma olmayacaqsa, qərar hər bir ölkənin özünə məxsusdur”, - deyə Ərdoğan bildirib.

Mənbə: “Anadolu”

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi