olkepress.com
olkepress.com

Telman İsmayılova qarşı daha bir cinayət işi açıldı

18-11-2021, 15:40

Telman İsmayılova qarşı daha bir cinayət işi açıldı

Rusiyada Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova qarşı daha bir cinayət işi açılıb.

Ölkəpress.com “Kommersant” qəzetinə istinadən xəbər verir ki, yeni cinayət işi VTB bankının şikayəti əsasında başlanılıb.

T.İsmayılov Rusiya Cinayət Məclləsinin 196-cı maddəsi ilə (qəsdən özünü müflis elan etmək) təqsirləndirilir. Bu maddə ilə onu 7 ilə qədər həbs cəzası və 5 milyon rubla (118 min manat) qədər cərimə gözləyir.

Bankın iddiasına əsasən, keçmiş oliqarxa məxsus “Ruslayn 2000” ASC VTB-nin tərkibinə daxil olan strukturlardan ümumilikdə, 185,4 milyon dollar kredit götürsə də, müəyyən olunmuş vaxtda borcunu qaytarmayıb və tezliklə müflis elan olunub.

Xatırladaq ki, Telman İsmayılov Monteneqroda siyasi sığınacaq alıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi