Türkiyənin Artvin bölgəsində bir neçə gündür davam edən daşqınlar qorxulu mənzərə yaradıb.
Ölkəpress.com xəbər verir ki, güclü sel nəticəsində iri tikililər dağılıb. Həmin anlar kameraya düşüb. Qeyd edək ki, bu günə qədər Rizə və Artvində baş verən sel nəticəsində 6 nəfər ölüb. 2 nəfər itkin düşüb.