olkepress.com
olkepress.com

Azərbaycanlı kolbasa sexinin rəhbərinin DƏBDƏBƏLİ VİLLASI

9-12-2019, 17:10

Azərbaycanlı kolbasa sexinin rəhbərinin DƏBDƏBƏLİ VİLLASI“CF” və “KRİSTAL” əmtəə nişanlı ət məhsulları istehsal edən “Kristal CF” MMC şirkətinin rəhbəri Cəfər və Fəxrəddin adlı iş adamları tərəfindən qurulub.

BiG.AZ xəbər verir ki, şirkət rəhbərlərindən biri olan Fəxrəddin bəyin qızı instaqramda cütlük səhifəsi kimi fəaliyyət göstərir. Elmira və Tural adlı səhvlərində tez-tez paylaşım edən cütlüyün instagram üzərində 300 minə yaxın izləyicisi var. Cütlük tez-tez dəbdəbəli məclisləri və görüntüləri ilə diqqətdədir. Fəxrəddin bəyə məxsus olan villanı izləyicilər hətta otel və istirahət mərkəzinə bənzədiblər.
Mediada şirkət rəhbərlərinin biznesinin bununla bitməməsi ilə bağlı çoxsaylı yazılar dərc olunub.
Onların “Qızıl Buta” şadlıq sarayı, “Jiquli” pivə zavodu, “Qəbələ” kafesi və s. obyektləri də var.
Axar.az saytı isə “CF” kolbasaları Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanması ilə bağlı xəbər yayımlamışdı. Ona görə də firmanın əhaliyə yedirdiyi bu kolbasa məmulatı müxtəlif xəstəliklərin mənşəyi ola biləcəyini vurğulayıb.
Xatırladaq ki, bir neçə il öncə “CF” və “KRİSTAL” kolbasalarının halal olmadığı aşkar edilib. Bununla bağlı məqaləni Trend.az informasiya agentliyi yayıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi