olkepress.com
olkepress.com

Xətaidə daha bir ÖZBAŞINALIQ

24-06-2021, 18:25

Xətaidə daha bir ÖZBAŞINALIQ

Xətai rayonunun Əhmədli qəsəbəsi, Gəncə prospekti 105 ünvanında yerləşən kooperativ binanın avtodayanacağının qanunsuz olaraq söküntüsü burada yaşayan insanların etirazına səbəb olub.

Bina sakinlərinin Yenicag.az-a verdiyi məlumata görə, naməlum şirkət kooperativ binanın avtodayanacağının özlərinə məxsus olduğunu əsas gətirərək oranın sökünütüsünə başlayıb.

Şirkət tərəfindən əraziyə çoxlu sayda texnika cəlb edilsə də, sakinlər avtodayanacağın sökülməsinə icazə verməyiblər.

Sakinlər bildirirlər ki, şirkət saxta sənədlərlə ərazini zəbt edib və şirkətin kimə məxsus olduğu da bəlli deyil.

Əraziyə polis əməkdaşlarının cəlb edilməsinə baxmayaraq, onlar da kimə aid olduğu bilinməyən şirkətin qanunsuz söküntüsünün qarşısını almaq əvəzinə, sakinlərin etirazını yatışdırmaqla məşğuldurlar.

Bina sakinləri dayanacağın onlardan xəbərsiz sökülməsinin qarşısını almaq üçün maşınlarını orada saxlayıb, ictimai nəqliyyatdan istifadə edərək işə gedib-gəlirlər. Lakin bu gün şirkət əraziyə evakuator cəlb edərək dayanacaqdakı maşınları başqa əraziyə köçürməyə başlayıb.

Vətəndaşlar məsələ ilə bağlı müxtəlif orqanlara müraciət etdiklərini, lakin onların müraciətlərinin cavabsız qaldığını qeyd edirlər.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi