olkepress.com
olkepress.com

Vüqar Əhməd beynəlxalq şeir müsabiqəsinin qalibi olub

21-06-2021, 18:27

Vüqar Əhməd beynəlxalq şeir müsabiqəsinin qalibi olub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, tanınmış şair Vüqar Əhməd beynəlxalq şeir müsabiqəsinin qalibi olub.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, İran İslam Respublikasının Urmiya şəhərində 16-cı Beynəlxalq Rəzəvi Şeir Festivalı keçirilib. Türkdilli şairlərin qatıldığı festivala 1000-ə yaxın əsər təqdim olunub. Ölkəmizi festivalda təmsil edən Azərbaycan şairləri - Vüqar Əhməd, Hacı Soltan və Seyid Nurəddinin şeirləri münsiflər tərəfindən qalib müəyyən edilib.

İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan festivalın qaliblərinə İranın Azərbaycandakı səfirliyinin Şəhriyar adına Mədəniyyət Mərkəzində diplom və hədiyyələr təqdim olunub.

Azərbaycan şairlərinin çıxışlarından məmnunluq ifadə edən Mədəniyyət Mərkəzinin direktoru, hüquq elmləri doktoru Ağaye Əli Purmərcan iki ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından bu cür ədəbi əlaqələrin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Vüqar Əhməd “Allah bizə səbir ver” şeiri ilə çıxış edib. Şeir qonaqlar tərəfindən hərarətlə qarşılanıb. Sonda İran səfirinin adından iştirakçılara ziyafət verilib. Tədbir İran televiziyaları tərəfindən lentə alınıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi