olkepress.com
olkepress.com

AQTA bu məhsulları satışdan ÇIXARTDI

20-04-2021, 12:40

AQTA bu məhsulları satışdan ÇIXARTDIAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonu, Liman şəhəri, T. Bağırov küçəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Ülviyyə Ağaverdi qızına məxsus “Pibon” marketdə yoxlama keçirib.

AQTA-dan Ölkəpress.com-averilən məlumata görə, yoxlama zamanı marketdə istifadə müddəti bitmiş pendir, şor, üzüm qurusu, noğul və nabat məhsulu aşkar edilib.
Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, məhsullar satışdan çıxarılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi