olkepress.com
olkepress.com

"Mövlam Şixəliyev bizim üçün saxta istintaqı quran və onun başında duran adam olub”

16-04-2021, 12:42

"Mövlam Şixəliyev bizim üçün saxta istintaqı quran və onun başında duran adam olub” "Biz hazırda Azərbaycanın Baş Prokurorluğuna şikayət hazırlayırıq. İstəyirik ki, bizləri ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevin işi üzrə zərərçəkən qismində tanısınlar”- bu sözləri “Yeni Müsavat”a Səid Dadaşbəyli deyib.

Onun sözlərinə görə, 2007-ci ildə onunla birgə həbs olunan şəxslərə qarşı cinayət törədilib: “Mövlam Şıxəliyev bizlərə qarşı törətdiyi cinayətlərə görə cəzaya çatdırılmalıdır. Hamı bilir ki, bu iş ilk gündən qondarma idi. Onlar ilkin olaraq məni ”verbovka" etməyə çalışırdılar. “Azəri EM-AY DRİLLİNG FLÜİDS” ABŞ-Azərbaycan birgə müəssisəsində çalışırdım. Baş təchizat idarəsinin koordinatoru idim. Bütün nəqliyyat deklorasiyaları, xaricdən gələn yüklər, bütün müqavilələr əlimdən keçirdi. Onlar bunu haradansa öyrənmişdilər, çalışırdılar ki, onların dediyini edim, şirkətdə işləyənlərin “torbasını” tikim, şirkətə “juçok”lar yerləşdirim. Mən onlara dedim ki, bunu etməyəcəyəm. Bundan sonra mənimlə konfliktləri düşdü. Mənim “Forex” şirkətimlə bağlı problemlər yaratmağa başladılar. Mövlam Şixəliyev bizim üçün saxta istintaqı quran və onun başında duran adam olub. MTN dağılanda həbs edilməli olan ilk adamlardan biri o olmalı idi. Bizə qarşı işgəncələrdən, təzyiqlərdən, qeyri-insani davranışlardan istifadə edərək, saxta işimizin ssenarisini yazanların biri idi".

Səid Dadaşbəyli deyir ki, Mövlam Şıxəliyevin onunla birlikdə həbs edilən və sonra MTN-də işgəncələrdən dünyasını dəyişən Emin Məmmədovun qətlində birbaşa əli var: “Emini işgəncə ilə öldürdülər. Ona işgəncələrin verilməsinə Mövlam rəhbərlik edib. Eminə verilən işgəncələri videoya çəkib, Mövlan mənə nümayiş etdirirdi. Hesab edirəm ki, ona qarşı irəli sürülən ittihamlardan biri də bu olmalıdır. O, vəzifə səlahiyyətini aşıb, işgəncə verib, nəticədə adam ölüb. Təəssüflər olsun ki, bu cinayətlərdə Baş Prokurorluğun o zamankı rəhbərliyi də məsuliyyət daşıyır. Bu gün Rüstəm Usubov azadlıqda olmamalıdır. Bilirsiniz ki, Avropa İnsan Hüquqları Məhkəməsi mənim qanunsuz həbsimlə bağlı şikayətimi təmin edib. Bu fakt kifayət edir ki, bizim həbsimizin qanunsuz olması araşdırılsın və bu adamlara ittihamlar verilsin”.

İstintaq dövründə Mövlam Şıxəliyevin şəxsi göstərişi ilə ağır işgəncələrə məruz qalan Səid Dadaşbəyli bildirir ki, MTN-də ona yaşadılanların izi bədəninin müxtəlif yerlərində qalıb: “Mənə mənşəyi bilinməyən iynələr vurdururdu. Ozü də ironiya ilə ”onun iynəsini vurun" deyirdi. Bizim istintaqımızı aparan müstəntiqləri də sonradan mükafatlandırdılar. Bunlardan biri Eldar İsmayılov və Novruz Kərimov idi. Pərviz Həşimlinin işini Novruza verəndə həbsdə idim. Əmin oldum ki, onu da qurama ittihamla tutublar. Hesab edirəm ki, “MTN işi” obyektiv araşdırılsa, bu adamların hər biri həbs olunmalıdır".

Qeyd edək ki, Mövlam Şıxəliyev bugünlərdə həbs edilib. Bununla bağlı Baş Prokurorluğun rəsmi açıqlamasında deyilir: Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. İstintaqla Mövlam Şixəliyev MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Baş Prokurorluq bildirir ki, istintaq zamanı Mövlam Şıxəliyevin MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırdığı müəyyən edilib. Bundan başqa, onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr var. 2015-ci ilin oktyabrında Eldar Mahmudov nazir postundan çıxarılıb, MTN ləğv edilib və 20-dən artıq vəzifəli əməkdaşı həbs olunub.
“Yeni Müsavat”

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi