olkepress.com
olkepress.com

Cavid Qurbanov TƏFTİŞ OLUNUR

7-04-2021, 15:06

Cavid Qurbanov TƏFTİŞ OLUNUR"Yaxın günlərdə "Azərbaycan Dəmiryolları"nın rəhbərliyində dəyişiklik olacaq. Artıq qərar verilib və Cavid Qurbanovun sürəsi dolmuş hesab olunur". Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, yetərincə böyük varidat və sərvət toplamağa müvəffəq olmuş Cavid Qurbanov hazırda iqtidar düşərgəsində təmsil olunan tək-tük oliqarx-məmurlardan - köhnə eşalonun yadigarlarından biri hesab olunur.

Mənbənin dia.az-a söylədikləri: "Cavid Qurbanov cəmiyyətdə ən çox qıcıq yaradan məmurlardan biri hesab olunur. Təbii ki, onunla yolları ayırmaq iqtidarın da maraqlarındadır".

Bir başqa mənbə isə iddia edir ki, bu ay eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinin də təftiş olunacağı planlaşdırılır. Bu isə Cavid Qurbanova ən ali səviyyədə etimadsızlığın olması ilə əlaqələndirilir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi