olkepress.com
olkepress.com

Keçmiş təhlükəsizlik zabitlərindən ŞOK açıqlamalar

7-04-2021, 15:05

Keçmiş təhlükəsizlik zabitlərindən ŞOK açıqlamalarLəğv olunmuş Milli Təhlükəszilik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovun həbs edilməsi rezonans yaradıb. Bəzi təhlilçilər hesab edirlər ki, bu həbslər Eldar Mahmudov da daxil bir çox səs-küylü həbslərə səbəb ola bilər.

Sabiq Baş prokuror Eldar Həsənovun, ardınca keçmiş korpus komandiri Rövşən Əkbərovun 20 ildən sonra cinayət məsuliyyətinə cəlb edilməsi, keçmiş Baş Qərərgah rəsis Nəcməddin Sadıkovun şəbəkəsinə ciddi zərbə vurulduqdan sonra MTN-nin açar fiqurlarının götürülməsi diqqət çəkir.

Bu həbslərin Azərbaycanda xarici kəşfiyyata işləyən, Moskvadan təlimat alan şəbəkənin ifşasına səbəb ola biləcəyi ehtimal edilir.

"İki keçmiş MTN generalının baş tutan həbsi üzun müddətdir müzakirə etdiyimiz işgəncələr kontekstində son dərəcə əhəmiyyətlidir. Onlardan biri - Mövlam Şıxəliyev Baş İstintaq İdarəsinin və digəri - Nizami Şirinov isə Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olub.

Şıxəliyevin İstintaq İdarəsinin rəisi olduğu dövrdə MTN-nin istintaq təcridxanasında işgəncələrin kütləvi tətbiqi və onların nəticəsində azı 5 nəfərin öldüyü haqda 2016-cı ildən başlayaraq dəfələrlə yazmışdım, müsahibələrimdə bildirmişdim. Keçmiş MTN zabiti kimi bu orqanın işgəncə səviyyəsinə enməsi mənim üçün çox ağır idi".

"AzPolitika.info" xəbər verir ki, bunu xüsusi xidmət orqanlarının keçmiş zabiti, politoloq Ərəstun Oruclu bildirib.

Onun sözlərinə görə, keçmiş nazir Eldar Mahmudovun cəzasız qalması Şıxəliyevin toxunulmazlığını təmin edib: "Amma belə görünür ki, cinayətkarların immuniteti artıq tükəndi. Bu isə istənilən halda müsbət dinamikadır və inanaq ki, davam edəcək. Ümid edirəm və inanıram ki, dünən həbs olunan generalların istintaqı həbslərin və ifşaların davamına yol açacaq.

Azərbaycan Ordusuna qarşı törədilmiş silsilə cinayətlər təkcə kriminal çətənin deyil, həm də onun arxasında dayanan xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Elə buna görə də düşmən öz casus şəbəkəsini qorumaq üçün əlindən gələni edəcək.

Onun Azərbaycanda qurduğu casus şəbəkəsi isə nəhəng infrastruktura malikdir. Bu infrastruktura təkcə silahlı qüvvələrin, hüquq-mühafizə orqanlarda deyil, həm də digər dövlət və hakimiyyət orqanlarında, media və vətəndaş cəmiyyəti instutlarında yerləşdirilmiş minlərlə agent daxildir. Həbslər və ifşalar axarına düşən kimi bütün bu nəhəng ordu hərəkətə keçəcək və həmin həbsləri həyata keçirən müvafiq dövlət orqanlarını hədəfə alacaqlar".

Ə. Oruclu daha sonra qeyd edib ki, həm vətəndaşlarımızın dövlətə inamı, həm də dövlət-vətəndaş münasibətlərinin sağlam məcraya düşməsi son dərəcə vacibdir.

"Bu da öz növbəsində başıbəlalı ölkəmizin gələcəyi, inkişafı və sadəcə mövcudluğu üçün son dərəcə önəmlidir",- deyə politoloq vurğulayıb.

Xüsusi xidmət orqanlarının keçmiş zabiti, təhlükəsizilik məslələri üzrə ekspert İlham İsmayıl hesab edir ki, ölkədə cinayət əməlləri bilinən şəxslərin bəzən zamanında həbs edilməməsinin, amma bu cür ifşaedici materialların ehtiyat variant olaraq saxlanması və zəruri hal yaranarsa, istifadə olunması yenilik deyil: "General Rövşən Əkbərovun həbsi kimi. Ona görə də, ləğv olunmuş MTN generallarının aqibətinin perspektivdə onların keçmiş şefini də gözləməsi tamamilə mümkündür. Keçmiş MTN İstintaq baş idarəsi rəisinin və Hərbi əks-kəşfiyyat idarəsi rəisinin həbsi bu perspektivin zaman kəsimini yaxınlaşdıra bilər. Bu vəzifələrin sahibləri istintaq üçün, yeri gələrsə, açar fiqurlar ola bilər".

İlham İsmayıl hesab edir ki, Eldar Mahmudovun həbsxanaya göndəriləcəyi ehtimalı çoxdan var, amma onun reallaşmasının tezliklə olacağını söyləmək çətindir: "Çünki bu cür məsələlər adətən iradi qərarlarla həll olunur və hüquqi əsas ehtiyat variant kimi həmişə əl altında saxlanır. Hüquqi əsaslar isə kifayət qədərdir".

Ekspert bu həbslərin Rövşən Əkbərov və Nəcməddin Sadıkovun ordu daxilindəki təxribatçı əməllərinin ifşasının nəticəsi ola biləcəyi barədə ehtimalları belə dəyərləndirib: "Nəzərə alsaq ki, həbs olunanlardan biri MTN Hərbi əks-kəşfiyyat idarəsinin rəisi olub, mümkündür. Ordu daxilində neqativ halların aşkar edilməsindən tutmuş cinayət əməllərinin zamanında aşkar edilməsi, uyğun tədbirlər görülməsi hərbi əks-kəşfiyyat idarəsinin vəzifəsidir.

Orduda isə bu işlərin aparılmamasının nəticəsi olaraq cinayət tərkibli əməllərin baş verdiyi sonralar üzə çıxdı. Ona görə də, əgər hərtərəfli istintaq işi aparılarsa, cəmiyyət yalnız dediyiniz adamların deyil, başqalarının da əməllərinin ifşasının şahidi ola bilər".

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi