olkepress.com
olkepress.com

DİN: Karantin postlarda heç bir hazırlıq işi görülmür

6-04-2021, 13:57

DİN: Karantin postlarda heç bir hazırlıq işi görülmürDaxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, ölkə ərazisində sərt karantinin tətbiq olunması ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilir:
“Operativ Qərargah hələ ki, belə bir qərar verilməyib. Karantin postlarında isə heç bir hazırlıq işi görülmür”.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı foto yayılıb. İstifadəçilər iddia edirlər ki, yaxın günlərdə yenidən sərt karantin tətbiq olunacaq və hazırda bu prosesə hazırlıq işləri görülür.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi