olkepress.com
olkepress.com

Həbs olunan icra başçıları “Səni deyirlər”, Alı Alıyev

3-03-2021, 18:08

Həbs olunan icra başçıları “Səni deyirlər”, Alı AlıyevFüzuli Rayon İcra Hakimiyyətinin rəsmi saytında( www.fuzuli-ih.gov.az ) rayonun icra başçısı Alı Alıyev haqqında bircə cümlə yazılıb:

İcra Hakimiyyətinin başçısı – Alıyev Alı Nuşrəvan oğlu.
Bəs görəsən, bu boyda rayonun icra başçısı nə vaxt doğulub, məktəbə gedibmi, gedibsə, hansı ali məktəbi bitirib, haralarda işləyib və s.
Axı, bu adam göydən zənbillə icra hakimiyyətinə düşməyib.
Görəsən, Alı müəllim öz tərcümeyi-halını niyə gizlədir ?
Digər qeyri-rəsmi mənbələrdən Alı müəllimlə bağlı məlumatlar topladıq:
Ali məktəbi bitirdikdən sonra 1977-78-ci illərdə sovxozda aqronom işləyib…
Yaxşı bu neçənci ildə doğuldu, hansı ali məktəbi bitirdi ?
Sonra yazılır 1981-83-cü illərdə hərbi xidmətdə olub.
Əgər Alı müəllim ali təhsil alıbsa, niyə orduda 3 il qulluq edib ?
Bir sözlə, Alı müəllimin avtobioqrafiyası xeyli suallar doğurur.
Sözün qısası, Alı Alıyev “Meliorasiya və Su Təsərrüfatı naziri “ Əhməd Əhmədzadənin yanında 11 il “kurs keçəndən”, yəni Füzuli rayonu Suvarma İdarəsinin rəisi olandan sonra 2011-ci ildə Füzuliyə icra başçısı təyin olunub.
Alı Alıyev rayonda əkin sahələrinin satılması, sahibkarları “aylıq haqqa” oturtması, aylıq verməyənlərin isə həbsə göndərilməsi ilə ad çıxardıb.
Hətta Alı müəllimi rayonda iş adamlarının qənimi adlandırırlar.
Alı müəllimin adı bir məsələdə də çox hallanır. Biz görmüşük ki, icra başçısı rəsmi açılışlarda iştirak edər, dövlət qurumlarına aid inzibati binaların açılışında lent kəsər, yeni məktəblərin açılışında çıxış edər və s. Amma Alı müəllim əksinə, iş adamlarına məxsus şadlıq evlərinin, restoranların açılışında odlu-alovlu çıxışlar edir. Ona görə də cənab başçını rayonda məsxərəyə qoyurlar.
Təsəvvür edirsiniz, icra başçısı rayonda 100 deyil e, 1000 hektarlarla əkin sahəsini zəbt edib, 30 min qoyun, 5 min baş mal-qarası olan fermaya sahibdir.
Bunlar azmış kimi icra başçısı Alı Alıyevin rayonda mağazaları, mebel sexləri var. Hətta icra başçısı həbsdə olan bəzi iri məmurlara mebel hədiyyə edir.
Mediada yayılan məlumata görə, Prezident Admnistrasiyasına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları məmurlardan biri də Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevdir. Füzuli rayonunun rəhbərinin özbaşınalığı, qanunları saya salmaması, habelə total korrupsiyaya yol verdiyi barədə edilən şikayətlərin sayı yüzlərlədir.
İcra başçısı rayonda nə qədər MMC-lər yaradıb, tenderlərdə qalib elan edir, dövlətin ayırdığı pulları mənimsəyir.
İcra başçısının oğlu Elvin Alıyev də polis zabiti olsa da, bütün günü əyləncə mərkəzlərində olur, bahalı avtomobillərlə şəhərdə ora-bura şütüyür.
İcra başçısının tamahı o qədər güclüdür ki, hətta uşaq bağçalarına ayrılan ərzaqları da mənimsəyir, öz mağazalarında satdırır.
Bir sözlə, Alı Alıyevin etimad limiti bitib.
Düzdür Alı Alıyev həkim söhbəti eləyir, guya həkim Alı müəllimə deyib ki, narahat olma, sənə “etimad peyvəndi” edəcəm.
Amma Alı Alıyev başa düşmür ki, cənab Prezident dəfələrlə qeyd edib ki, heç kim özünü toxunulmaz hesab etməsin, hər kəs əməlinə görə, qanun qarşısında cavab verəcək.
Cənab Alı Alıyev ! Həbs olunan icra başçıları yolunu gözləyir.
gundelik baki.com

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi