olkepress.com
olkepress.com

BNA SÜRÜCÜLƏRI ƏLƏ SALIR

1-03-2021, 18:28

BNA SÜRÜCÜLƏRI ƏLƏ SALIRBNA "əməkdaşları" özünün quldurluq, qanunsuz əməllərini davam etdirir.

BNA-yi Dəniz Vağzalının qarşısındakı avtomobil dayanacağına 07:00-18:30 -a kimi "dayana durma qadağandır" (3.27) nişanını qoyub. Bu tələbi görməyən sürücülər isə özlərini "lal-kar" kimi apararaq, qanunsuz fəaliyyət göstərən "parkovşiklərin" toruna düşürlər. BNA-nın qeyri rəsmi "lal-kar pakovşikləri" sürücülərə ədəb ərkanla yer göstərir, onların park etməsinə kömək edirlər.

BNA-nin rəsmi əməkdaşları isə onların qanunsuz əməllərini görür və görməzdən gəlir. Pusquda öz şikarını gözləyən yırtıcı qismində kol dibində gizlənən BNA rəsmi əməkdaşı sürücülərin avtomobillərini tərk etməsini gözləyir. Sürücülər avtomobillərini tərk edən kimi qanuni işlərini görmüş kimi 20 AZN cərimə edərək qaçıb gizlənir. 20-30 dəqiqə dəniz kənarı parkda gəzmək istəyən vətəndaşlar BNA-nin qurbanı olur.

Ən maraqlısı isə burdadır ki, özlərini "lal-kar" kimi aparan "parkovşiklərin" kimə qulluq etdiklərini, dələduzluq yolu ilə qanunsuz əməllərinin arxasında duranların kimliyi barəsində DYP və BNA tədbir görmür. Dəfələrlə bu hallar təkrarlanır. Lakin, adı çəkilən qurumlar bu qanunsuzluğun qarşısını almırlar.

Qeyd olunan geniş ərazidə avtomobil saxlamaq qanunsuzdursa günün bütün saatlarında bu qadağan qüvvədə olunmalıdır. Özlərini avropa qanunlarına uyğunlaşdırmağa çalışan qurumlar unudublar ki, avropada şənbə və bazar günləri dayanacaqlarda belə məhdudiyyətlər yoxdur. Bu cür qadağa saatları həftənin iş günlərinə şamil olunur.

Haram yol ilə özlərinə asan qazanc əldə edən məsul qurumlar öz qanunsuz əməllərini görmürlər. Təbii ki, görməzlər də. Çünki həmin "parkovşiklər" BNA -nın qeyri rəsmi əməkdaşları kimi BNA ya fayda verir. Öz faizlərini qazanırlar. Sözünü demək istəyəndə isə özlərini "gicliyə" qoyurlar. Guya laldırlar, kardırlar.

İnsanların haqqına girən və haram yolla ailəsinə çörək aparanlar öz cəzasına çatacağına şübhə yoxdur.

Ümüd edirik ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu məsələni araşdıracaq və qanunsuz əməllərin qarşısını alacaq. Təqsirli şəxslər barəsində lazımı qanuni tədbirlər görüləcək.

Foto.info.az

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi