olkepress.com
olkepress.com

Oqtay Əsədovun təzyiqlərindən qaçdı, London meri vəzifəsinə namizəd oldu

22-02-2021, 17:06

Oqtay Əsədovun təzyiqlərindən qaçdı, London meri vəzifəsinə namizəd oldu
"May ayında London seçiciləri bələdiyyə başçısını seçəcəklər. London meri vəzifəsi uğrunda mübarizə aparan 20-dək namizəddən biri də azərbaycanlı Kamran Balayevdir”.

Reportyor.info xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

Jurnalist bildirib ki, Kamran Balayev Milli Məclisin sabiq sədri Oqtay Əsədovun keçmiş kürəkənidir. Boşanandan sonra Kamran Balayev o zaman MM-ə rəhbərlik edən Oqtay Əsədovun təzyiqlərinə məruz qalıb:

“Oqtay Əsədov MM mühafizəçilərindən istifadə etməkdən çəkinmədən onun şəxsi mənzilinin qapılarını qırıb, evini ələ keçirmişdi. Ona övladları ilə görüşməyə imkan vermirdi. Kamran Balayev həbs təhlükəsindən və təqiblərdən başını götürüb İngiltərəyə qaçmışdı. Budur, o gənc indi London meri olmağa hazırlaşır. Uğurlar arzulayaq, ümid edək ki, seçkini qazanacaq və London may ayından öz azərbaycanlı merini alqışlarla qarşılayacaq”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi