olkepress.com
olkepress.com

Hava yağmursuz olacaq

29-11-2019, 14:46

Hava yağmursuz olacaqAzərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 30-da havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi