olkepress.com
olkepress.com

Həbs olunan daha bir yüksək vəzifəli məmur YAP-dan çıxarıldı

18-02-2021, 11:29

Həbs olunan daha bir yüksək vəzifəli məmur YAP-dan çıxarıldıHəbs olunan Ağstafa rayon İcra Hakimiyyətinin başçısının sabiq birinci müavini Ramiz Tatarov Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ramiz Tatarov Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa Rayon Təşkilatının sədri vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb.

Qeyd edək ki, 2019-cu ilin dekabrında DTX-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ağstafa rayon icra başçısı Nizaməddin Quliyev və birinci müavin Ramiz Tatarov rüşvət alarkən yaxalanıblar. Onlar Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddəsilə təqsirli bilinir. Gəncə Ağır Cinayətlər Məhkəməsində həbs olunan məmurların cinayət işi üzrə təyin olunan məhkəmə prosesi davam edir.

ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi