olkepress.com
olkepress.com

Ya Rəbb ! Ürəyimi şeir yandırır!

6-02-2021, 10:56

Ya Rəbb ! Ürəyimi şeir yandırır!

Əbədi dünyamı gör necə sarır,
Yaddaşın özündə izini salır,
Hələ deyilməmiş çox sözüm qalır,
Ya Rəbb ! Üreyimi şeir yandırır!

Vuruldum misranın duyğu selinə,
Bağlandım şeirin incə dilinə,
Közündə alışdım , döndüm külünə,
Ya Rəbb ! Ürəyimi şeir yandırır!

Kökləndim sarı sim dillənən yerə,
Düşüncəyə dalıb, lillənən yerə,
Sinəm alov tutub, küllənən yerə,
Ya Rəbb ! Ürəyimi şeir yandırır!

Mənə qanad verən Şah misralardı,
Sevilən gah mənəm,gah misralardı,
Ruhumdan ayrılan ah misralardı,
Ya Rəbb ! Ürəyimi şeir yandırır!

Qəmli misralarda səsim duyulur,
Bağrımın başı da sözlə oyulur,
Alışan ürəyim yüz qat soyulur,
Ya Rəbb ! Ürəyimi şeir yandırır!

Könlümə od vuram, varağa düşəm,
Gözəllik eşqiylə sorağa düşəm,
Yanğını söndürən bulağa düşəm,
Ya Rəbb ! Ürəyimi şeir yandırır!

Şeirdən don geyəm, rəngim allana,
Dodağımdan süzə sözlər ballana,
Yana bağrım başı , oda qalana ...
Ya Rəbb ! Ürəyimi şeir yandırır!

Xuraman Camalqızı
DÜNYA YAZARLAR İTTİFAQININ ÜZVÜ. QIZIL QƏLƏM MEDİA MÜKAFATI LAUREATI. Turan yazarlar birliyinin üzvü.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi