olkepress.com
olkepress.com

SAHİBİNƏ YETİRİN

4-02-2021, 10:57

SAHİBİNƏ YETİRİN

Bu şeirin tərkibində sevgi var,
İsrarlıyam,təkidimdə sevgi var,
Yaratmışam,tərtibində sevgi var,
Bu şeiri sahibinə yetirin..!

Düşünəcək,eşqdən sızıb bu şeir,
Tənha qəlbdə necə dözüb bu şeir?!
Təngə gəlib, məndən bezib bu şeir,
Bu şeiri sahibinə yetirin..!

Dinlədiyim musiqidə anılır,
Qarşılaşsaq - " tanımırıq", danılır,
Düşünmürəm hisslərimiz yanılır,
Bu şeiri sahibinə yetirin..!



Elə anlar yaşanıbdı,bir bilsən,
Anlayarsan, əhli - halsan,dil bilsən,
Saxlamıram, gizlin deyil, sirr biısən,
Bu şeiri sahibinə yetirin..!

Göz dolusu oxşayacaq, biçəcək,
Misraları şərab kimi içəcək,
İmzalardan yalnız məni seçəcək,
Bu şeiri sahibinə yetirin..!

O, dinləməz icazəmi ,rizamı,
Sətirlərin düzülüşü, nizamı,
Baxan kimi tanıyacaq imzamı,
Bu şeiri sahibinə yetirin..!

30.1.2021.

Xuraman Camalqızı
DÜNYA YAZARLAR İTTİFAQININ ÜZVÜ. QIZIL QƏLƏM MEDİA MÜKAFATI LAUREATI. Turan yazarlar birliyinin üzvü.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi