olkepress.com
olkepress.com

Könlünü almaga gəlirik , Laçın !!!

2-02-2021, 11:14

Könlünü almaga gəlirik , Laçın !!!

Bu torpaga sevdalanmış " dəliyik",
İmanlıyıq,Məhəmmədik, Əliyik,
Qarşısı alınmaz daglar seliyik,
Əbədi qalmaga gəlirik, Laçın !!!
Könlünü almaga gəlirik ,Laçın !!!

O bildiyin dünya tamam dagılır,
Sinənə yıgılan duman dagılır,
Şübhələr çözülür,güman dagılır,
İnan ki , biz sənsiz ölürük, Laçın !!!
Könlünü almaga gəlirik, Laçın !!!

Yenicə yaramız qaysaq baglayır,
İlk görüş... həyacan...insan aglayır,
Qarşımı saatlar, anlar saxlayır ,
Agrını, acını silirik, Laçın !!!
Könlünü almaga gəlirik , Laçın !!!

Gözün yolda, nə çəkmisən, bilirik,
Kədər dərib, qəm əkmisən, bilirik,
Çox gecikdik, sən çökmüsən, bilirik,
Əbədi qalmaga gəlirik ,Laçın !!!
Könlünü almaga gəlirik ,Laçın !!!

Buz baglayan yolun, izin əriyər,
Asi düşən, üsyan edən kiriyər,
Hər yanını sevinc, fərəh bürüyər ,
Biz də sevinirik, gülürük, Laçın !!!
Könlünü almaga gəlirik Laçın !!!

Vəfalısı çoxdu," saxta" az qalıb,
Yerin qəlbimizdə,taxta az qalıb,
Vədə verdiyimiz vaxta az qalıb,
Könlünü almaga gəlirik , Laçın !!!
Əbədi qalmaga gəlirik , Laçın !!!

28.11.2020. Həyacanlı günlərimiz.

Xuraman Camalqızı
DÜNYA YAZARLAR İTTİFAQININ ÜZVÜ. QIZIL QƏLƏM MEDİA MÜKAFATI LAUREATI. Turan yazarlar birliyinin üzvü.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi