olkepress.com
olkepress.com

DİN-dən şəhid ailəsinə kobud davranan polislə bağlı AÇIQLAMA

6-01-2021, 13:04

DİN-dən şəhid ailəsinə kobud davranan polislə bağlı AÇIQLAMADaxili İşlər Nazirliyi dünən Bakıda toplaşan bir neçə şəhid ailəsinə qarşı polis əməkdaşlarının kobud davranması haqda sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qafqazinfo-ya açıqlamasında bildirib ki, dünən Səbail rayon ərazisində bir qrup şəhid valideynləri ilə orada xidmətdə olan polis əməkdaşları arasında, çox təəssüf ki, xırda insident yaşanıb:

“Məsələ dərhal Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Hazırda bununla əlaqədar araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək.

Bununla belə, həmin vaxt bir polis əməkdaşının işlətdiyi xoşagəlməz ifadəyə görə orada olan şəhid ailələrindən üzr istəyir və səbirli olmalarını xahiş edirəm.

Rəhbərliyin tapşırığına əsasən, nazirliyin əməkdaşları həmin şəhid ailələrinə baş çəkərək yerindəcə problemləri ilə maraqlanacaqlar”.

Qeyd edək ki, şəhid anası övladının Qaradağ rayonunda kənar bir qəbiristanlıqda dəfn olunmasına etiraz edib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi