olkepress.com
olkepress.com

“Olympys Park” MMC sakinlərə qarşı... - VİDEO

29-12-2020, 14:11

“Olympys Park” MMC sakinlərə qarşı... - VİDEOSakinlər binalarının sökülməsinə etiraz etdikləri üçün tikinti şirkətinin kimlikləri bilinməyən əməkdaşlarının onları döydüklərini deyirlər. Nərimanov rayonunda sifarişçisi “N-Turan” tikinti şirkəti olan bina pilot layihə adı altında sökülür. Binada yaşayan son bir neçə ailə tikintiyə etiraz edir. Sakinlər deyir ki, sənədlərdə “N-Turan” göstərilsə də, bu şirkət bonkrot olduğundan, əslində işi “Olympys Park” MMC aparır.

“Olympus” şirkətinin nümayəndəsi Rafiq Lətifov deyir ki, şirkət iki ilə binanı təhvil verməlidir. “Olympus Park” N-Turan şirkətinə tikintidə yardım göstərir.

Rafiq Lətifov mühafizəçilərin tikintinin təhlükəsizliyini qorumaq üçün cəlb olunduğunu deyir.

Məmmədovlar qardaşları deyir ki, mühafizəçilər onlara qol gücü tətbiq etsələr də, polis qardaşları saxlayıb.

Etiraz edənlər şirkətin vəsaiti olmadığını deyir, onu etibarsız hesab edirlər. Ona görə də evlərindən köçmək fikirləri yoxdur.

Mətbuatda gedən məlumatlara görə, “N-Turan” və "Olympus Park” tikinti şirkətinin adı mənzillərin 2 və daha artıq şəxsə satılmasında, razılığa gəlinməmiş, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılması kimi hallarda çəkilib.(dogruxeber.az)





ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi