Gəncədə öz krallığını qurmaqdadır...
Bu gün Gəncə şəhər sakinlərinin üzləşdiyi çətinliklərdən biri və bəlkə də birincisi sərnişindaşıma problemidir. Sərnişindaşıma problemi bu şəhərdə daim olub. Dar küçəli qədim şəhərdə avtomobillərin sıxlığı ictimai nəqliyyatın hərəkətinə mane olur. Bu ictimai nəqliyyatdan istifadə edən çoxsaylı şəhər sakinlərinin narahatçılığına və narazılığına gətirib çıxarır. Gəncədə ictimai nəqliyyatın fəaliyyətinə kim cavabdehdir?
Apardığımız araşdırmalara görə bu məqsədlə Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb..Nazirlər Kabinetinin qərarı ilə yaradılmış cəmiyyətin öz vəzifə və funksiyaları var. Cəmiyyət hüquqi şəxsdir, onun müstəqil balansı, banklarda hesablaşma hesabı və digər hesabları var. Cəmiyyətin ayrıca əmlakı var və öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir.
Maraqlıdır Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində 2016 cı ildən fəaliyyətə başlamış “Gəncə Nəqliyyat” MMC bu müddət ərzində şəhərdə sərnişin daşınması prosesinə kimləri və hansı mülkiyyət hüququ sahiblərinin cəlb olunmasını təşkil edib? Hazırda Gəncədə sərnişindaşıma ilə məşğul olmaq imkanı əldə etmiş nə qədər hüquqi və fiziki şəxs var? Onların istifadəsində nə qədər avtomobil nəqliyyatı mövcuddur? Onların hər biri “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Vergi Məcəlləsinə nə dərəcədə riayyət edir? Qanunlara uyğun olaraq avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə fərqlənmə nişanı hansı formada verilməlidir və proses “Gəncə Nəqliyyat” MMC vasitəsi ilə necə həyata keçirilir?
Sərnişindaşıma marşrutlarında fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin şəhərdaxili marşrut avtobus dayanacaqlardan istifadəsinin təşkili Gəncədə demək ola bərbad vəziyyətdədir. Avtobuslar dayanacaqlardan kənarda istənilən yerdə sərnişin götürur və yaxud düşürür ki, bu da sakinlərin narazılığına səbəb olur. Yeni marşrutların açılması prosesi marşrut xəttinə daxil olmaq istəyənlər üçün baha başa gəlir.Paralel marşrutların ləğv edilməsi və mövcud marşrutların bağlanması üzrə olunan təkliflərə isə heç baxılmır və kim necə gəldi marşrut xətti ilə hərəkət edir. Bütün bumların hamısına isə Gəncə şəhər İcra Hakimiyyətində göz yumulur.
Bu gün Gəncədə sərnişindaşıma qaydalarını pozan, eləcə də marşrut cədvəli üzrə hərəkət etməyən xeyli sayda sürücü calışır.
Şəhərin küçə və prospektlərində piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün “Gəncə Nəqliyyat” MMC tərəfindən isə heç bir tədbir görülmür. Şəhərin rayonlararası avtovağzallarında sərnişin daşıyan nəqliyyat vasitələrinin hərəkət cədvəlii qeyri müəyyən haldadır. Şəhərdə fəaliyyət göstərən taksi sürücülərinə fərqlənmə nişanlarının verilməsində də nöqsanlar kifayət qədərdir.
Bütün bunların başında isə məlumatlara görə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Araz Rəfibəylinin durduğu bildirilir. Onun cəmiyyətə rəhbərliyi barədə verilən məlumatlara toxunmaq istəməzdik. Bu barədə elektron kütləvi informasıya vasıtılırində məlumatlar yayılıb. Yayılmayan tək Araz Rəfibəylinin Gəncənin İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla qohumluq tellərinin mövcud olmasıdır. Məlumatlara görə Niyazı Bayramovun ötən ilin avqustunda Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyinatından sonra şəhərdə apardığı kadr dəyişikliklərində ilk yer alanlardan biri də məhz Araz Rəfibəyli olub.Hazırda isə söylənilənlərə görə başçının bir nömrəli adamı hesabı edilən Araz Rəfibəyli şəhər nəqliyyatından toplanan vəsaitlərin çox az hissəsini rəsmiləşdirir. Ümumiyyətlə Cəmiyyətin maliyyə təsərüfat işlərində də ciddi nöqsanlara yol verildiyi bildirilir.(Aktualinfo.org)
Ölkəpress.com