Bacısı oğlu icra başçısını işə salıb
Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Rəşid Məmmədov vəzifəsindən azad edilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb.
Ə.Əzizovun bir neçə nəfəri də vəzifəsindən azad edəcəyi gözlənilir. Qeyd: Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov özünə bacısı oğlu Ağayev Murad Əsgər oğlu köməkçi təyin edib. O, Yasamal Rayon İcra Hakimiyyətində də Əziz Əzizovun köməkçisi olub Xatırlatma: Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Ölkəpress.com