olkepress.com
olkepress.com

Erməni terroru və toponimlərimiz.

4-12-2020, 17:13

Erməni terroru və toponimlərimiz.Terrorçuluq hələ ana bətnlərində ikən ermənilərin qanlarına hopmuş bir mikrobdur. Bu, elə bir sagalmaz infeksiyadır ki ,dünyanı bürüyən Covid-19-la da müqayisəyə gəlməz.

Bu fikirləri Olkepress.com xəbər portalına açıqlama verən Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti Ədalət Abbasov bildirib. O, əlavə edib ki, Ermənilərin bu"milli mentalitetləri"həcmindən asılı olmayaraq, bu və ya digər dərəcədə dünya xalqlarının əksəriyyətinə təsirsiz ötüşməmişdir. Xüsusən də türk xalqlarına olunan erməni genosidinin tarixi və kəmiyyəti sayagəlməzdir. Terrorizmin hədəfi insan tələfatı oldugu halda, Azərbaycanda erməni terrorunun obyekt və hədəfləri geniş və rəngarəng görünməkdədir. İnsan soyqırımı ilə yanaşı, ümumən Azərbaycan varlıgı : təbiətimiz, yaşayış məskənlərimiz ,maddi- mədəni abidələrimiz və bir sıra milli- mənəvi dəyərlərimiz tarixən erməni vandalizminə məruz qalmışdır. Erməni vandallarının genosidinə ugramış milli - mənəvi dəyərlərimizdən biri də xüsusi adlarımızın böyük və maraqlı hissəsi sayılan toponimlərimizdir. Tarixən fasiləli işgalçılıq nəticəsində bizim yer , kənd ,şəhər və qəsəbə adlarımız da işgal altında qalıb.Amansız düşmən öz despotik qəddarlıqlarını adlarımızdan da əsirgəməmişlər. Adlarımızı forma və məzmunca eybəcər, xoşagəlməz şəklə salmış, onları öz milli ruhundan ayırmışlar.Dünyada öz unikal hərbi taktikası illə məktəbə çevrilən müzəffər ordumuz təcrübəli və müdrik diplomatik səriştə sahibi olan Ali Baş Komandanımız, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə işgal altında qalmış torpaqlarımızla bərabər, həm də toponimlərimizi də əsirlikdən azad etdi. Adlar bizim tariximizdir, milli möhürümüzdür.Bizim bir sıra kəsimlərimizə məxsus keşməkeşli tariximiz adlarımızda mühafizə olunaraq, bu günümüzədək gəlib çıxmışdır. Adlarda uyuyan tariximizi dilə gətirmək ,onu öyrənmək ,tariximizi başqa mənbələrdən öyrənmək qədər vacibdir. Toponimlərimizlə yanaşı ,milli, maddi mədəniyyət abidələrimizin adları olan ktemotonimlərimiz də erməni terroruna məruz qalmışdır. Qüdrətli Azərbaycanımız Qalib Sərkərdəsinin rəhbərliyi altında quruculuq islahatlarına başladıqda , şübhəsiz, bu mənəvi dəyərlərmizin bərpasına da həssas yanaşılacaq. O cümlədən müvafiq təşkilat və qürumlar məsələyə ciddi milli sərvət aspektindən yanaşacaqlar. Milli Elmlər Akademiyasının Dilçilik və Tarix institutları, eləcə də filoloq tədqiqatçılarımız bu problemin həllində dəyərli töhfələrini verəcəklərinə əminik. Dəyərli vətəndaşlar,toponimlər bizim keçmişimiz bu günümüz və gələcəyimizdir. Toponimlər bizim mənəvi sərvətimizdir. Toponimlər vətənimiz Azərbaycandır. Onları sevin və qoruyun !


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi