olkepress.com
olkepress.com

28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO

27-11-2020, 17:39

28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTOBu gün 28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, 10 rayonda - Göyçay, Daşkəsən, Gədəbəy, Saatlı, Kürdəmir, Quba, Salyan, Şəmkir, Qazax, Ağdaşda fərdi yaşayış evləri təqdim edilib.

Göyçay rayonunda evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova iştirak ediblər.

Qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onların artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. İndiyədək isə nazirlik tərəfindən 8451 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

ölkəpress.com



28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO



28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO



28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi