olkepress.com
olkepress.com

Zəfər tariximizə adını yazan qazi Ehtiram Orucov - VİDEO

27-11-2020, 17:34

Zəfər tariximizə adını yazan qazi Ehtiram Orucov - VİDEOGöygöl rayonunda yüzlərlə insan qazi Ehtiram Orucovu qarşılayıb.

Baku TV xəbər verir ki, 25 yaşlı Ehtiram Orucov müddətdən artıq xidmət keçib. 

Döyüşlər başlayandan ön cəbhədə Vətən keşiyində dayanıb. Cəbrayıl, Füzuli şəhərlərinin işğaldan azad edilmsində iştirak edən E.Orucov döyüşlərdə yaralanaraq qazi olub. Bu gün Orucovlar ailəsi qürur və sevinc hissi yaşayır. 


Qazinin atası Vaqif Orucov deyir ki, şanlı tariximizin zəfər səhifəsində övladının da adının olması möhtəşəm hissdir. 

V.Orucov dövlətin oğlunu tək qoymadığını da bildirib. 

Qeyd edək ki, Orucovlar ailəsi cəbhəyə üç övlad yola salıb. Döyüşlərdə hər üçü qəhrəmanlıq göstərib. E.Orucov yaralanıb qazi olsa da, qardaşları vətənin müdafiəsində xidmətlərini davam etdirirlər.

ölkəpress.com








XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi