olkepress.com
olkepress.com

Vətənin Sahibləri - FOTO - VİDEO

24-11-2020, 16:32

Vətənin Sahibləri - FOTO - VİDEOUşaq vaxtı 1941-1945 ci illərdə Böyük Vətən müharibəsində faşistlərlə vuruşmuş ata-babalarımızın söhbətlərində öz çətin , agrılı-acılı döyüş xatirələrindən, müharibədə göstərdikləri qəhrəmanlıq hekayələrindən çox xoşlanardım..

O, vaxt heç aglıma belə gəlməzdi ki, nə vaxtsa jurnalist kimi müsahibim , Vətən müharibəsində iştirak etmiş , 23 yaşlı gənc olacaq və onun müharibədə göstərdiyi şücaətləri məni heyrətləndirəcək... Bəli, bu gənc oğlanın adı Sahibdir, onun 23 yaşı var.Əslən Qərbi Azərbaycandan olan Sahib ,1997 ci ildə Bakı şəhərində anadan olub, hərbi -xidmətini başa vurduqdan sonra müddətdən əlavə Orduda xidmət edir.Vətənə baglılıq ,eyni zamanda nankor ermənilərin törətdikləri vəhşiliklər,Sahibi rahat buraxmır.O, 2016 -cı ildə Lələ- Təpə ugrunda gedən döyüşlərdə də iştirak edərək, düşmənə layiqli,sarsıdıcı zərbələr endirib. 27 sentyabr 2020 -ci ildə Vətən müharibəsi başladığı andan hamı kimi Sahib də xidmət etdiyi H/H -dən cəbhəyə yola düşmüş, Füzuli,Cəbrayıl,Hadrut,Tuğ,Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş və alnından qəlpə yarası almışdır.Yaralanmagına rəgmən o döyüşdən geri çəkilməmiş,əsgər yoldaşları ilə birgə verilən təlimi ugurla sonlandırmışdır. Onu da qeyd edim ki, Sahibin atası Babayev Oqtay 1992 - ildə Füzuli,Cəbrayıl,Hadrut,Laçın və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş müharibə veteranıdır.Oglunun Zəfərlə qayıdışına "mənim tamamlamadıgım işi oglum tamamladı" deyərək həm qürurlanır,həm də qəhərlənir Oktay ata. Biz də Resmixeber.az informasiya Agentliyinin kollektivi olaraq, həm Oktay bəyə,həm Sahibə ,həm də bizə bu Zəfər Sevinci yaşadan bütün əsgərlərimizə ,cənab Ali Baş Komandanımıza bir daha təşəkkür edərək, Sahibin sahib oldugu qələbə sevincini sizinlə bölüşürük.

ölkəpress.com


Vətənin Sahibləri - FOTO - VİDEO




Suşada döuüşdən sonra yoldaşları ilə xatirə fotosu.
Vətənin Sahibləri - FOTO - VİDEO



Şüşa məscidində ilk şükür duası
Vətənin Sahibləri - FOTO - VİDEO



Vətənin Sahibləri - FOTO - VİDEO


Vətənin Sahibləri - FOTO - VİDEO


Vətənin Sahibləri - FOTO - VİDEO


[center]Vətənin Sahibləri - FOTO - VİDEO[/center






XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi