olkepress.com
olkepress.com

Vüqar Əhməd -QARABAĞDAYAM

9-11-2020, 15:42

Vüqar Əhməd -QARABAĞDAYAM( öz şeirimə nəzirə)

Şuşanı yuxumda gördüm dün gecə,
Şəhərim gözəldi ilahi necə,
Gecəykən röyada gündüz, həm gecə,
Cənnət bağındayam-Qarabağdayam,
Qələbə ətirli Qarabağdayam.
Bu əllər it kimi qovur yağını,
Səngər eylədik biz Ağrı dağını,
Geri qaytarırıq Qarabağımı,
Cənnət bağındayam-Qarabağdayam,
Qələbə ətirli Qarabağdayam.
Ağ atlı oğlanam-nağıllardayam,
Ər oğul-nər oğul oğullarlayam,
Cıdır düzü, İsa bulagındayam,
Cənnət bağındayam-Qarabağdayam,
Qələbə ətirli Qarabağdayam.
Yuxuma girmişdi Kəlbəcər-Laçın,
Yuxuma girmişdi bir milyon qaçqın,
Daha olmayacaq
nə köckün , qaçqın,
Cənnət bağındayam-Qarabağdayam,
Qələbə ətirli Qarabağdayam.
Ata nəsihəti bu gün çin oldu,
Qayıtdı Şuşamız, gözəl gün oldu,
Qönçə arzularım, açdı gül oldu,
Cənnət bağındayam, Qarabağdayam,
Qələbə ətirli Qarabağdayam,
Bir kərə yüksəldi,enməz bayrağım,
Şuşa bayatımdır, Şuşa muğamım,
İlham Heydər oğlu- səndin gümanım,
100 illik Qələbə gətirdin bizə,
Səadət bəxş etdin ellərimizə.
Cənnət bağındayam, Qarabagdayam,
Azərbaycan adlı Qarabağdayam!!!

Vüqar Əhməd

8.11.2020

Analoq.az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi