olkepress.com
olkepress.com

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"

21-10-2020, 21:06

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"Azərbaycan Ordusu bir sıra topraqları da erməni işğalından azad edib.

Olkepress.com APA-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində bildirib.

"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Dövlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu xəbərini verib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi