olkepress.com
olkepress.com

Hikmət Hacıyev: "Erməni separatçılarının lideri ağır yaralanıb"

4-10-2020, 16:14

Hikmət Hacıyev: "Erməni separatçılarının lideri ağır yaralanıb"Mən burdan Araik Arutunyanaya müraciət etmək istəyirəm. Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir”.
Olkepress.com xəbər verir ki, bu fikirləri bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.

O həmçinin Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulması faktını təsdiqləyərək bildirib ki, Azərbaycanın şəhərlərinə qadağan olunmuş kasetli bombalar atılır.

Qeyd edək ki, Gəncə şəhərinə atılmış raket zərbəsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Evlərə və avtomobillərə ziyan dəyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi