olkepress.com
olkepress.com

Prokurorluq ev dustaqlığının tələblərini açıqlayıb – VİDEO

24-09-2020, 11:36

Prokurorluq ev dustaqlığının tələblərini açıqlayıb – VİDEOProkurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluqdan verilən məlumata görə, tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxlar hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunur.

Hazırda təqdim olunan videoda “Heç bilirdinizmi ev dustaqlığı” nədir?” mövzusu ilə bağlı cinayət prosessual qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilib.

Təqdim olunmuş videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.(tərəf.az)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi