olkepress.com
olkepress.com

Bakı Limanından “Əsgərə salam” hərəkatına həsr olunmuş təsirli VİDEO

18-09-2020, 11:20

Bakı Limanından “Əsgərə salam” hərəkatına həsr olunmuş təsirli VİDEOBakı Beynəlxalq Dəniz Ticarət Limanı Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasına qoşulub.

Sıralarında çox sayda sabiq hərbçi olan #BakıLimanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimiz, 2016-cı ilin şanlı Aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə vuruşmuş əsgər və zabitlər qarşısında baş əyir, onların şücaətini və qəhrəmanlığını əbədi yaşatmaq missiyasına qoşulur.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda altı nəfər limançımız şəhid olub, onlardan Elxan Kazımov, Sabir Babayev və Nüsrət Şirinovun adları limana məxsus gəmilərə verilib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi