olkepress.com
olkepress.com

Sumqayıt sakinlərinin bitməyən problemləri: Telefon və internet xətləri, yol, zibil qutuları... – VIDEO

8-09-2020, 21:56

Sumqayıt sakinlərinin bitməyən problemləri: Telefon və internet xətləri, yol, zibil qutuları... – VIDEOSumqayıtda 250 ailə telefon və internet xəttindən məhrum qalıb.

Baku TV xəbər verir ki, Sumqayıt şəhərinin 76-cı məhəlləsində 250 ailənin yaşadığı evlərə telefon və internet xətti çəkilmir. Sakinlər deyirlər ki, məsul şəxslər buna səbəb kimi xətti çəkmək üçün materiallarının olmamasını göstərirlər.

Məsələ ilə bağlı Sumqayıt şəhər Telekommunikasiya qovşağı ilə əlaqə saxlamağa çalışsaq da, bu işə məsul olan şəxsləri iş başında tapa bilmədik.

Məhəllə sakinlərinin sosial problemləri bununla bitmir. Ərazidə nə yol var, nə də tullantıların atılacağı zibil qutuları...

Ümidvarıq, Sumqayıt şəhər 76-cı məhəllənin sakinlərinin problemləri qısa zamanda öz həllini tapacaq.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi