olkepress.com
olkepress.com

"Avropa qapıları" şirkətinin müştəriyə qayğısızlığı və ya BÖYÜK ŞİRKƏTİN KİÇİK DAVRANIŞI

26-08-2020, 14:20

"Avropa qapıları" şirkətinin müştəriyə qayğısızlığı və ya BÖYÜK ŞİRKƏTİN KİÇİK DAVRANIŞITeref.az xəbər verir ki, "Avropa qapıları" şirkətinin bir brend olduğuna heç kimin şübhəsi yoxdur. Lakin görünür böyük şirkətlərində səhvlər, hqsızlıqları olur. Müştəri razılığı yaddan çıxanda, sosial şəbəə istifadəçisi Elnur Camalxanov kimi vətəndaşalrın şikayəti ortaya çıxır.

Elnur Camalxanov yazır:
"Bacardığım qədər neqativdən uzaq durmağa çalışıram. Amma bəzən elə hallar olur ki, məcbur şəkildə insan neqativə köklənir. Elə götürək AVROPA QAPILARInın uyğunsuz davranışlarını. Hadisəni nəql edəcəm qalanına özünüz qiymət verin. 8 iyulda bir qapı üçün ilkin odəniş etdim. Üstündən bir müddət keçdi qapının nə zaman gətiriləcyini maraqlandım. Dedilər tezliklə. Xahiş etdim bu saatlar aralığında gətirin ki, özüm təhvil alım. Dedilər OK. Amma o saatda deyil gecəyə doğru mən evdə olmadıqda gətirib ödənişin digər hissəsini israrla tələb etdilər. Zəng edib Rəhman adlı menecerlərinə bildirdim ki, evdə deyiləm qapını da mən təhvil almalıyam. Sizdən öncədən xahiş etmişdim axı mən deyən zamanda gətirin. Qapı qalsın gəlib baxım sabah isə ödənişi yerinə yetirim. Daş atıb başın tutdu ki, yox, olmaz. Rəhbərlik icazə vermir.
Bunu şikayətçi Elnur Camalxanov yazır. Daha sonra Elnur Camalxanov yazır:
"Dedim ay qardaş, mən bundan öncə daha bir neçə qapı sifariş etmişəm və qapılar quraşdırılmadan əvvəl Sizə inanıb o qədər pul vermişəm. İndi siz mənə inanmırsız? Bir qapının ödənişindən yayınacağımı düşünürsüz? O qədər məntiqsiz arqument gətirdi ki, day bazar açmadım.
Amma bir daha bildirdim ki, ustalara əziyyət verib bir də qapını Nərimanov rayonundan Xırdalana geri qaytarmayın. Bu dəfə də öz agıllı məntiqini işə salıb bildirdi ki, eybi yox qaytaraq sonra gətirərik. Dedim tamam, amma, qapı ilə bərabər usta gəlməsə mən sizə ödəniş etməyəcəm.
Harda yazılıb ki, siz mənə yox amma mən sizə inanmalıyam? Odur budur telefon zənglərinə cavab vermir o binəva. Əgər şirkət nömrəsi işlədib (050.. 481818) hər yerə də paylayırsızsa demək vəzifə borcunuzdur bütün zənglərə cavab vermək. Hər halda şəxsi nömrənizə zəng vurmuram. Digər bir biçarə isə (Elşad adında birisi) iki dəfə zəngimə cavab verib vaxt təyin eləsə də sözünün üstündə dayana bilmədi. Mənə rəhbərliyin nömrəsi kimi təqdim edilən ...23 66 66 nömrənin sahibi Aqil bəy də bütün zəngləri cavabsız qoydu.
Nə zamansa bu şirkətdən qapı sifariş etsəniz üzləşə biləcəyiniz durumu nəzərə alın. Düzü hüquq-mühafizə orqanlarına müraciət etmək istəyirdim. Amma şirkətin digər əməkdaşlarından fərqli olaraq zənglərə kişi kimi cavab verən Rahib ustaya narahatlıq verməkdən yayındım.
Ödəniş onun vasitəsilə şirkətə çatdırıldığı üçün sorğu-suala cəlb olunmasını istəmədim. Özünün də dediyi kimi, həqiqətən onluq bir şey yoxdur. Düşündüm elə buradan media dostlarımın köməyilə narazılığımı özlərinə çatdırım. "
Təbii ki, anlasalar.
Ölkəpress.com olaraq qarşı tərəfi dinləməyə hazırıq!


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi