olkepress.com
olkepress.com

Otelçilik və müxalifətçilikdən deputatlığa: Müşviq Cəfərov kimdir? – VİDEO

12-08-2020, 13:26

Otelçilik və müxalifətçilikdən deputatlığa: Müşviq Cəfərov kimdir? – VİDEOƏn yeni deputatlar”rubrikamızda bu dəfə 39 saylı Kəpəz (Gəncə) I seçki dairəsindən deputat Müşviq Cəfərovla tanış olacaqsınız.

Reportyor.info-nun məlumatına görə, o, Gəncədə Gənclər və İdman Baş İdarəsinin rəisidir.

Deputatlığa qədər müxtəlif layihələrdə, ictimai fəaliyyətdə olan M.Cəfərov çox maraqlıdır ki, 2012-ci ilin avqustundan 2013-cü ilin fevralınadək Oğuzda yerləşən beş ulduzlu “AFRA” otelində icraçı direktor vəzifəsində çalışıb.

M.Cəfərov sən deyən aktiv millət vəkillərindən sayılmaz. Parlamentdə də çıxışını eşidən-görən olmayıb. Onun ara-sıra rəsmi saytlarda açıqlamaları işıqlandırılır.

Yəni, M.Cəfərov Gəncənin illərlə yığılıb qalaqlanan problemlərini dilə gətirsin, vətəndaşların, sahibkarların müraciətlərini qaldırsın, Elmar Vəliyev dövründən həllini tapmayan məsələləri qabartsın, yox, qətiyyən olmayıb.

Bu baxımdan belə demək mümkünsə, Gəncənin taleyinə nə yazılıb bilmirik, amma deputat sarıdan heç bəxti gətirməyən şəhərdir.

Ən qəribəsi budur ki, M.Cəfərovu ən yeni deputat həmkarlarından fərqlənirən cəhət vaxtilə müxalif düşərgədə təmsil olunmasıdır.

2009-cu ildə REAL-ın rəhbəri İlqar Məmmədovun sədrliyi ilə Gəncədə keçirilən toplantıdan video görüntülər yayılmışdı.

Həmin kadrın 01:43-cü dəqiqəsinə baxanda Müşviq Cəfərovu görmək olar. Mediada gedən xəbərlərə görə, REAL zaman-zaman Müşfiq Cəfərova dəstək olub, karyerasında inkişafa tramplin rolunu oynayıb.

Əslində, burada çox müsbət məqam axtarmaq lazımdır. M.Cəfərov savadlı, perspektivli bir kadr kimi yetişib, fərqli fikirli siyasi düşərədə olub, öz üzərində çalışıb, nəhayət, parlamentə yol tapıb.
Amma Milli Məclisdəki fəaliyyətinə nəzər yetirəndə belə görünür ki, üzərində bir o qədər çalışmır. Onun parlamentdə hansısa təklifi, yaxud təşəbbüsü xatırlanmır.

Qeyd edək ki, onun Gəncənin Gənclər və İdman Baş İdarəsinin rəisi olduğu müddətdə mətbuatda adı idman məktəbləri, inventarlar, gənc idmançıların ezamiyyə pulları ilə bağlı maxinasiyalarda hallanıb.

Rubrikamızın gələn sayında deputat Məşhur Məmmədovla bağlı maraqlı xəbərli izləyəcəksiniz

Ölkəpress.com





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi