olkepress.com
olkepress.com

Bağçalar açılır? - RƏSMİ AÇIQLAMA

27-07-2020, 10:46

Bağçalar açılır? - RƏSMİ AÇIQLAMAAzərbaycanda uşaq bağçalarının yaxın vaxtlarda açılacağı barədə valideynlərə ismarışlar göndərilir. Bu haqda bəzi dövlət təlim-tərbiyə müəssisələrinin tərbiyəçiləri tərəfindən valideynlərə xəbərdarlıq edilir. Onlara bildirilir ki, uşaq bağçalarının açılmasına az vaxt qalıb, hazırlıq gedir.

Bu mesajların nə dərəcədə həqiqətə uyğun olub-olmaması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Ölkəpress.com bildirir ki, qurumdan verilən məlumata görə, bu məlumatlar həqiqəti əks etdirmir:

"Bununla bağlı məktəbəqədər təhsil müəssisələri ilə əlaqə saxladıq. Bizim tərəfimizdən belə bir məlumat verilməyib. Uşaq bağçalarının yenidən fəaliyyətə başlaması üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Belə bir qərar olmadığı üçün də bu məlumat əsassızdır. Ola bilər ki, bunu özəl bağçalar edib. Əgər belədirsə, onlar buna görə məsuliyyət daşıyırlar".

Qeyd edək ki, ölkədə avqustun 5-dək sərt karantin rejimi, 31-nə kimi isə xüsusi karantin rejimi elan edilib. (publika.az)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi