olkepress.com
olkepress.com

Prezidentin köməkçisindən yas mərasimləri ilə bağlı AÇIQLAMA

20-07-2020, 18:40

Prezidentin köməkçisindən yas mərasimləri ilə bağlı AÇIQLAMA“Ölkədə keçirilən yas mərasimləri qeyri-qanunidir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, bu gün şəhidlərimizin vida mərasiminə, dəfn mərasiminə gələn insanlar çoxdur:

“Biz onları başa düşürük. Heç bir halda buna mane ola bilmərik. Allah şəhidlərimizə rəhmət eləsin. Lakin xahişimiz budur ki, sosial məsafəyə riayət olunsun. Mümkün qədər az insan iştirak etsin.

Digər şəxslərin isə yaxınlarına yas mərasimi keçirməsi, çoxsaylı insanların bir yerə toplaşması qeyri-qanunidir. Bu hallara yol verilməməsini tövsiyə edirik”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi