olkepress.com
olkepress.com

Həftəsonu xüsusi karantin rejiminin sərtləşdirildilməsi ilə bağlı ictimai nəqliyyatın işi dayandırılacaq

17-07-2020, 13:28

Həftəsonu xüsusi karantin rejiminin sərtləşdirildilməsi ilə bağlı ictimai nəqliyyatın işi dayandırılacaqBu həftəsonu xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Ölkəpress.com xəbər verir ki, ictimai nəqliyyatın fəaliyyəti bazar ertəsi bərpa olunacaq.
Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatla bağlı qadağa bu tarixlərdə tətbiq olunur:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Xatırladaq ki, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi