olkepress.com
olkepress.com

AXCP bələdiyyə seçkilərinə ciddi hazırlaşır - Kamil Babayev

25-09-2019, 11:48

AXCP bələdiyyə seçkilərinə ciddi hazırlaşır - Kamil BabayevAXCP-nin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi Qrup Toplantısına partiyanın Rəyasət Heyətinin üzvü Kamil Babayev yerli özünüidarətemə orqanlarının strukturu və səlahiyyətləri haqqında məlumat verib:

“Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.

Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib. O dövrdə respublikamızda 2700 bələdiyyə yaradılıb, sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771-ə endirilib. Müvafiq qanuna uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə keçirilib. "Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.

Yerli əhali deyəndə - Bələdiyyə ərazisində daimi yaşayan əhali nəzərdə tutulur.

Yerli referendum - Əhalinin yerli səsverməsidir.

Bələdiyyə mülkiyyəti - bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir”.

AXCP bələdiyyə seçkilərində iştirak edəcək

Kamil Babayev bildirib ki, AXCP seçkilərdə iştirak etmək niyyətindədir və bu istiqamətdə hazırlıq işləri davam edir:

“Biz də partiya olaraq bələdiyyə seçkilərində iştirak edəcəyik. Seçkiyə ciddi hazırlaşırıq. Əksər bələdiyyələrdə namizədlərimiz olacaq. Çalışacağıq ki, bələdiyyə seçkilərində qalib olaq. Əsasən, şəhər və qəsəbə bələdiyyələrinə seçkilərdə iştirak edəcəyik. Əksər Bakı bələdiyyələri üzrə seçkilərdə iştirakımız olacaq. Hər bir üzvümüzə seçkilərdə uğurlar arzulayıram”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi