Bərdənin icra başçısı vəzifəsindən azad edildi
Bərdə rayonu İcra Hakimiyyətinin başçısı Vidadi İsayev vəzifəsindən azad edilib.
Ölkəpress.com bildirir ki, Hit.Az-ın əldə etdiyi məlumata görə, bu barədə rəsmi sənəd yaxın saatlarda dərc ediləcək.
Qeyd edək ki, V.İsayev 15 ilə yaxındır ki, icra başçısı vəzifəsində çalışırdı. O, 2005-2011-ci illərdə Tərtər rayonu, 2011-ci ildən bu günə qədər isə Bərdə rayonu İcra Hakimiyyətinin başçısı idi.
AÇIQLAMA:
Bərdə rayonu İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin vəzifəsindən azad edilməsi ilə bağlı yerli kütləvi informasiya vasitələrində və sosial mediada bir sıra xəbərlər yayılıb.
Məsələ ilə bağlı Qazet.az-a açıqlama verən İcra Hakimiyyətinin sektor müdiri – baş mühasib Əsgər Əsayev bildirdi ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Vidadi İsayev hazırda öz vəzifəsini icra edir. Hər kəs öz işindədir”, – deyə baş mühasib qeyd edib.
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |