olkepress.com
olkepress.com

Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib - FOTO - VİDEO

1-05-2020, 11:32

Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib - FOTO - VİDEOBakcell şirkəti xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər planı çərçivəsində Bakının Binə qəsəbəsində yaşayan aztəminatlı ailələr üçün ərzaq yardımı proqramı həyata keçirib.

Ötən həftə Bakcell əməkdaşları Binədə yaşayan 650 aztəminatlı ailəyə baş çəkib və şirkət adından yardım qutularını təqdim ediblər. Xəzər Rayon İcra Hakimiyyəti və Binə Bələdiyyəsinin təşkilati dəstəyi ilə və təqdim etdikləri siyahılara əsasən aksiya çərçivəsində Bakcell tərəfindən qəsəbədə yaşayan 650 ailəyə ərzaq yardımı göstərilib.

Qeyd edək ki, bu təşəbbüs Bakcell tərəfindən "Covid-19”a qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirlərin davamıdır. Belə ki, şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bundan əlavə, Bakcell karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib, bütün karantin mərkəzlərində çalışan həkimlərə və müxtəlif karantin mərkəzlərindəki vətəndaşlarımıza ödəmə kartları hədiyyə edib.

Bakcell şirkəti sosial izolyasiya müddətində müxtəlif sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına dəstək göstərməyə davam edəcək.(avropa.info)

Ölkəpress.com

Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib - FOTO - VİDEO


Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib - FOTO - VİDEO


Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib - FOTO - VİDEO


Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib - FOTO - VİDEO




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi