olkepress.com
olkepress.com

“Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsi uğurla davam edir

21-09-2024, 13:33

“Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsi uğurla davam edir“Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsinin icrasını uğurla davam etdirir.

Layihənin əsas məqsədi Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan 2030. Sosial-iqtisadi inkişafın “Milli Prioritetləri” sənədinin beş Milli Prioritetindən biri təmiz ətraf mühit və yaşıl artım ölkəsi üzrə qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün, özəl sektorun bu mühüm strateji məqsədə cəlb edilməsi məqsədilə, ölkəmizin kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi yolu ilə davamlı inkişaf və ətraf mühitə təsirlərin azaldılması üzrə biliklərin artırılmasından ibarətdir.

Layihə çərçivəsində Samux rayonunda, 18-19 sentyabr 2024-cü il tarixdə kənd təsərrüfatında çalışan fermerlərin və turizm şirkətləri rəhbərləri üçün Yaşıl enerji ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub. Tədbirdə Samux rayon İcra Hakimiyyətinin şöbə müdiri Vüsal Mehdiyev, şöbə müdirinin müavini Emin Səmədov, Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul ışçiləri iştirak edirdilər. 40 nəfər tədbir iştirakçısına “Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” adlı kitabça və sertifikatlar təqdim edilib.
“Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsi uğurla davam edir
“Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsi uğurla davam edir
“Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsi uğurla davam edir


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi