olkepress.com
olkepress.com

330 minlik tütün məmulatı keçirmək istədilər

14-10-2024, 15:37

330 minlik tütün məmulatı keçirmək istədilər

Xəzər dənizi vasitəsi ilə külli miqdarda aksiz markası olmayan tütün məmulatının Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində oktyabr ayının 9-da külli miqdarda tütün məmulatının Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb:

“Xəzər dənizinin Azərbaycandakı ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri nəticəsində dənizdə 85 ədəd şübhəli bağlama müəyyən olunub. Bağlamalara baxış zamanı dəyəri təqribən 330 min manat məbləğində aksiz markasız 111 072 qutu müxtəlif çeşidli tütün məmulatları aşkar olunaraq götürülüb”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi