olkepress.com
olkepress.com

Azərbaycanda 19 dərəcə şaxta olub - FAKTİKİ HAVA

25-01-2020, 17:20

Azərbaycanda 19 dərəcə şaxta olub - FAKTİKİ HAVAAzərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ölkəpress.com-a verilən məlumata görə, yanvarın 25-i səhərədək ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, sulu qar, qar yağıb.
Düşən yağıntının miqdarı Lerikdə 9 mm, Altıağacda 5 mm, Quba, Xaltan, Astara, Ağdərədə 4 mm, Ordubadda 3 mm, Qusar, Qrız, Xaçmazda 2 mm, Nabran, Xınalıq, Şabran, Yardımlı, Mərəzə, Gədəbəy, Daşkəsən, Şahbuz, Biləsuvar və Naxçıvanda 1 mm, Maştağada 4 mm, Bakı və Binədə 3 mm, Sumqayıt və Zabratda 1 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30 sm, Altıağac, Lerikdə 17 sm, Xaldan və Qrızda 10 sm, Xınalıqda 9 sm, Qubada 7 sm, Sarıbaşda (Qax) 6 sm, Qusarda 4 sm, Şahbuzda 2 sm, Nabran, Yardımlı və Ordubadda 1 sm olub. Havanın minimal temperaturu Bakıda 0 dərəcəyə yaxın, dağlıq rayonlarda 7-12 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 16-19 dərəcə şaxta olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi