olkepress.com
olkepress.com

Bu ərazidə qaz olmayacaq

23-01-2020, 10:16

Bu ərazidə qaz olmayacaqAbşeron rayonunun bir hissəsində qaz olmayacaq.

Bununla bağlı “Azəriqaz” İB-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu gün Bakı-Sumqayıt yolunun sol tərəfində “Ekologiya” postu kimi tanıdığımız Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yaxınlığında yolun genişləndirilməsi ilə bağlı diametri 273 mm olan mövcud orta təzyiqli qaz xətti təhlükəsiz əraziyə köçürüləcək.
Bu işin icrası zamanı yanvarın 23-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu, Xırdalan kəndi, “Mexkalon” yaşayış massivində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. İşlər tamamlanan kimi qaz təchizatının tez bir zamanda bərpası təmin ediləcək.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi