VÜQAR ƏHMƏDƏ BAŞSAĞLIĞI VERİRİK:
Dünya bina
olandan bəri, bütün yaranmışlara - bəşər əhlinə məlimdur ki, ömrün nəhayəti həyatla vidalaşmaq, ölüm adlı heyrətlə üz-üzə qalmaqdır...
Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin sözləri ilə desək:
Nə imiş hikməti dünyamızı tərk eyləməyin?
Ulular söylədi: torpaq ilə vəhdətdi ölüm.
Bəli, bizimlə Günəşə doğulan həyat - hökmən bir gün də "qapısız-bacasız" torpaq altına köçür...
Bu gün Vətəndən uzaqlarda qulaqlarımız yeni bir heyrətlə doldu:
Görkəmli Azərbaycan filoloqu, şair, publisist Vüqar Əhmədin ailəsinə ağır itgi üz vermişdir. Şairin bacısı Zitta Əhmədova gecə saatlarında qəflətən vəfat etmişdir.
Həmin kədərli hadisə ilə əlaqədar olaraq, dostumuz-qardaşımız Vüqar Əhməd başda olmaqla, mərhumənin doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, qəlbən kədərləndiyimizi bildirir və Allahdan onlara təmkin və səbr diləyirik. Allah rəhmət eləsin, məqamı o dünyada yüksək, məkanı cənnət olsun. A M İ N !
Əşrəf Hüseynli, Vasif Məmmədov, Vüqar MəmmədovMüzəffər Ağayev, Xanlar Ağayev, İlqar Hacıyev, və ŞƏHRİYAR ədəbi-mədəni cəmiyyətinin üzvləri.
8 dekabr 2023.