olkepress.com
olkepress.com

Bu ərazilərə qar yağıb

27-11-2023, 22:46

[center]Bu ərazilərə qar yağıb[/center
Noyabrın 27-si saat 18:00-a olan məlumatına əsasən Naxçıvan, Gəncə, Ceyrançöl, Şəki, Oğuz, Zaqatala, Balakəndə yağış, Şahdağ, Qusar, Xınalıqda qar yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-qərb küləyi arabir Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Gəncədə 35 m/s, Naftalanda 32 m/s, Tovuzda 26 m/s, Ağstafada 25 m/s, Tərtər, Salyanda 23 m/s, Neftçala, Balakən, Şəmkirdə 20 m/s, Yardımlı, Kəlvəz, Şirvan, Bərdə, Mingəçevir, Cocuqmərcanlıda 18 m/s, Culfa, Sabirabadda 17 m/s, Ağdam, Naxçıvan, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib.

Neft Daşlarının məlumatına əsasən, dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13-16 dərəcə, Naxçıvan MR-da 15-20 dərəcə, dağlıq rayonlarda 14 dərəcəyədək, Aran rayonlarında 17-23 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyədək olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi