olkepress.com
olkepress.com

Xankəndidə ilk əməliyyat

22-10-2023, 17:17

Xankəndidə ilk əməliyyat

Xankəndidəki tibb müəssisəsində ilk cərrahi əməliyyat icra olunub.

1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı 18.10.2023-cü il tarixində saat 14:10 radələrində qarın boşluğunda kəskin ağrılar, ürəkbulanma, halsızlıq şikayətləri ilə Xankəndindəki tibb müəssisəsinə müraciət edib.
Həkimlər tərəfindən zəruri müayinələr aparılıb, pasiyentə kəskin appendisit diaqnozu qoyulub və əməliyyat olunmasına qərar verilib.

Onun üzərində appendektomiya əməliyyatı uğurla icra olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən polis orqanının əməkdaşı olan Tağızadə Atatürk Səlim oğlu ambulator müalicə üçün artıq evə buraxılıb.

Əməliyyat həkim-anestezioloq-reanimatoloq Ramin Əhmədovun, tibb bacıları Aynur Mustafayeva və Gülsüm Həsənovanın, tibb qardaşı Arzuman Məmmədovun müvafiq yardımları ilə həkim-cərrah Vəli Xəlilov tərəfindən həyata keçirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi